Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarına gəlib.
Apasport.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, “Portuqaliya hər zaman qəlbimdə olacaq” ifadələrini işlədib.
Ronaldo 2003-cü ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 234 oyun keçirib. Təcrübəli hücumçu bu görüşlərdə 146 qol vurub, 45 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Ronaldo milli komanda ilə 2016-cı ildə Avropa çempionu olub. O, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

https://qelebe.az//uploads/photo/bir-dovrun-sonu-ronaldo-milli-karyerasini-basha-vurdu.webp