AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi sərt cəzalandırıb.

"QELEBE.AZ"un məlumatına görə, buna 21 yaşlı yarımmüdafiəçinin "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundakı davranışı səbəb olub.

Matçın 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Nuriyevə 3 aylıq sınaq müddəti təyin olunub. Futbolçu 4 oyunluq cəzalanıb. Bunun 2-si şərti xarakter daşıyır. Klub isə 3 200 manat cərimələnib.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov isə hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Mütəxəssis həmçinin klubunu 800 manat ziyana salıb.

“Turan Tovuz” - “Neftçi” oyununda isə qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə "ağ-qaralar" 800 manat cərimə ödəyəcək.

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb