Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Oktyabrın 30-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, ilk olaraq saat 9:30-da A qrupunun lideri “Ardanış” ilə B qrupunun 2-cisi “Novoivanovka” qarşılaşacaq.

Bu görüşdən sonra B qrupunun birincisi “Ada Təpə” A qrupunun ikincisi “Göyçə”ni sınağa çəkəcək.

Bu görüşlərin nəticəsində noyabrın 6-da final və 3-cü yer uğurunda keçiriləcək oyunlarda mübarizə aparacaq komandalar məlum olacaq.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "QELEBE.AZ" İnformasiya Agentliyi və Rakus.az saytı verir.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər