Rafinya daha 4 il "Barselona"da - RƏSMİ

Rafinya daha 4 il "Barselona"da - RƏSMİ

“Barselona” braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 29 yaşlı cinah oyunçusu 2030-cu ilə qədər Kataloniya klubunda çıxış edəcək.

Qeyd edək ki, Rafinya 2022-ci ildən “Barselona”nın formasını geyinir. O, cari mövsümdə klub və Braziliya millisi ilə birlikdə keçirdiyi 24 matçda 20 qol vurub və 4 məhsuldar ötürmə verib.