Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

"Səhvlər etdim və yəqin ki, bunlar kifayət qədər çox idi. Amma açıq-aşkar düşmənçilik gördüm".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibəsində Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan kənarlaşdırılması ilə bağlı danışarkən deyib.

23 yaşlı hücumçu bu hadisələrdən sonra instaqram hesabını deaktiv etdiyini bildirib: "Hər gün nə qədər böyük fürsəti əldə verdiyimi anladım. Durmadan beynimə səslər gəlirdi. Mənə həmişə inanan insanları məyus etmişdim. Azarkeşlərin tənqidini başa düşürəm. Amma bunun üçün səbəblər olmalıdır. Hər peşəkar futbolçu ilk növbədə insandır və təhqir ona zərbə vurur. Mənim üçün qovulmaq həyəcan siqnalı idi. Daha yaxşı idmançı və insan olmaq üçün oyanış oldu. Bu, həm də yeni başlanğıcın müjdəsi idi. Vaxta ehtiyacım olduğunu anladım. Hər şeyi dəyişməli olduğumu başa düşdüm, əks halda karyeram çox uzun çəkməyəcəkdi".

Hazırda İsveçrənin "Qrasshopper" klubunda çıxış edən forvard 2018-ci ildə Portuqaliya təmsilçisi "Eştoril"ə keçidini də xatırlayıb: "Sadəcə, Almaniyadan çıxmaq istəyirdim. Bunların keçmişdə qalmasına icazə vermək niyyətində idim. Beynimi təmizləməli, təzyiqdən, daimi gözləntilərdən uzaqlaşmalıydım. Hər şeydən əvvəl yeni başlanğıc hədəfləyirdim. Təbii ki, Portuqaliyada da ruhdan düşdüyüm günlər olub, amma həmişə özümə deyirəm: Məqsədim üçün mübarizəni davam etdirəcəyəcəm".

Qeyd edək ki, Renat Dadaşov 2013-2017-ci illərdə "Ayntraxt"ın aşağı yaş qruplarından ibarət komandasında çıxış edib. O, 2017/2018 mövsümündə əsas komandaya cəlb olunsa da, 2018-ci ilin yanvarında intizamsızlığa görə klubdan kənarlaşdırılıb.

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Stiven Cerrard istefaya göndərilib

Stiven Cerrard istefaya göndərilib

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Futbol
Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Futbol
"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub