Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

“Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”.

Bunu “Report”a müsahibəsində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Futbol Akademiyasının fəaliyyəti ilə bağlı danışarkən deyib.

44 yaşlı funksioner akademiya üçün maliyyə çatışmazlıqlarının olduğunu vurğulayıb: “Gedişatda nisbətən düzəlmə olmasına baxmayaraq, hələ də kəsirlərimiz var. Belə vəziyyətdə tam qaneedici işdən danışmaq mümkün deyil. Əlimizdə olan imkanlar, kollektivin uzun müddət bizimlə birlikdə çalışması, yaxşı təcrübə toplaması xeyrimizə olan məqamlardır. Lakin günün reallıqları da var. İstər məişət səviyyəsində, istərsə də təlim və tədris işlərində indikindən daha keyfiyyətli işlər görmək mümkündür”.

F. Nəcəfov əlavə edib ki, hazırkı şərtlər altında yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür: “Ciddi iş görmək üçün mütənasib maliyyə tələb olunur. Dövr dəyişir, idmanda tətbiq olunan metodlar, texnologiya yenilənir. Kollektivi inkişaf etdirmək üçün seminarlar, futbolçuları inkişaf etdirmək üçün keyfiyyətli məşq, beynəlxalq yarışlar, peşəkar tibbi, sosial və psixoloji dəstək tələb olunur. Belə vəziyyətdə isə yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür. Lakin xüsusi səylərimiz nəticəsində yaxın vaxtlarda ölkə futboluna yeni adlar qazandıracağımıza heç şübhəm yoxdur. İş hər zaman yalnız maliyyədən asılı olmur”.

Fariz Nəcəfovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Futbol
İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb