"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Tez qol vurmağımız bizə yaxşı təsir etmədi".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hazırda komandada müsbət məqamların az olduğunu bildirib: "Bu vəziyyəti düzəltməyə çalışacağıq. Hamı birlikdə çalışmalıdır və daha yaxşı oynamalıyıq".

Belaruslu baş məşqçi "nə vaxtadək bu posta qalmağı düşünürsünüz" sualına bu cür cavab verib: "Qərarı rəhbərlik verir. İndi nəsə deyə bilmərəm. Yenilik olsa, xəbəriniz olacaq".

Baqa heyətə cəlb edilən legionerlər haqqında danışıb: "Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. İşim komandanı hazırlamaqdır. Şayiələr haqqında fikir bildirməyim düzgün deyil. Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib".

Mütəxəssis 5 tur ərzində qol vura bilmədiklərini xatırladıb: "Bunu şansa bağlamaq olmaz. Peşəkar komandayıq. Kompleks səbəblər var. Sadəcə, bəxsizliyə bağlamaq düzgün olmaz. İlk dəfədir ki, belə halla rastlaşıram. Bu durumdan çıxmağa çalışacağıq".

"Şamaxı"nın baş məşqçsii Vüqar Əsgərli vacib xal qazandıqlarını söyləyib: "İlk hissədə tez qol buraxmaq futbolçularımızı şoka saldı. Bu görüş hər iki komanda üçün vacib idi".

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

Futbol
UEFA: AVRO-da komanda sayı artmayacaq

UEFA: AVRO-da komanda sayı artmayacaq

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib