"Qarabağ" rəsmisi: "Azərbaycanı Avropa Klublar Birliyinin İşçi qrupunda layiqincə təmsil etməyə çalışacağam"

"Qarabağ" rəsmisi: "Azərbaycanı Avropa Klublar Birliyinin İşçi qrupunda layiqincə təmsil etməyə çalışacağam"

Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilməsi barədə danışarkən deyib.

Futbol funksioneri yeni fəaliyyətə başlayan qrupa üzv seçilməyin həyəcanverici olduğunu söyləyib:

"Klub tərəfindən namizədliyim irəli sürülmüşdü. Daha sonra ECA-da səsvermə nəticəsində qrupa üzv seçildim. Təbii ki, seçilməyənlər də oldu. Bu səbəbdən özümü şanslı hesab edə bilərəm. Cəmi 20 ölkənin təmsilçiləri qrupa üzv ola bildilər. Yəqin ki, araşdırılıb və kim xeyir verə bilərsə, onlara üstünlük verilb".

O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumun fəaliyyətinin Azərbaycan futbolu üçün xeyirli olacağına inandığını bildirib:

"Nəzərdə tutulub ki, mövsümün sonuna qədər qrup üzvləri bir araya toplaşsın və azarkeşlərlə iş üzrə müəyyən məsələlər müzakirə edilsin. Həmin iclasda bütün detalları öyrənəcəyik. İndidən nəsə demək çətindir. İnanıram ki, Azərbaycan futbolu üçün yararlı işlər də ortaya çıxacaq. Öz növbəmdə Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam".

Qeyd edək ki, A.Hacıyev 25 ölkədən irəli sürülən namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, "Betis”, PSV, “Leyptsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq. İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

Futbol
"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
"Qarabağ"ın legioneri: "Neftçi" və "Olimpiakos"la matçda formada olmalıyıq"

"Qarabağ"ın legioneri: "Neftçi" və "Olimpiakos"la matçda formada olmalıyıq"

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

Futbol
KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq