"Atletiko" "Yunayted"in yarımmüdafiəçisini transfer edə bilər

"Atletiko" "Yunayted"in yarımmüdafiəçisini transfer edə bilər

"Atletiko Madrid" icarə əsasında "Betis"də çıxış edən braziliyalı vinger Antoni ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" nəşri məlumat yayıb. 

"Atletiko Madrid" “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir. “Qırmızı şeytanlar” Antoninin satışından 48 milyon avro qazanmaq arzusundadır.

İspaniya çempionatının cari mövsümündə 25 yaşlı yarımmüdafiəçi 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.