Azərbaycan stolüstü tennisçisi Türkiyədəki beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.
"QELEBE.AZ" xəbər verir ki, milli üzvü U-17 yaş qrupunda yarımfinala yüksəlsə də, dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında final görüşunə çıxacaq.
Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-stolustu-tennischisi-turkiyedeki-beynelxalq-turnirde-burunc-medal-qazanib.webp











