Fərid Abbasov: "Şəhriyar Məmmədyarovun qarşısında duruş gətirmək Rauf Məmmədov üçün çox çətin olacaq"

Fərid Abbasov: "Şəhriyar Məmmədyarovun qarşısında duruş gətirmək Rauf Məmmədov üçün çox çətin olacaq"

Şəhriyar Məmmədyarovun qarşısında duruş gətirmək Rauf Məmmədov üçün çox çətin olacaq.

Bunu "Report"a açıqlamasında şahmat məşqçisi Fərid Abbasov Azərbaycan çempionatının finalı ilə bağlı danışarkən deyib.

O, hər iki qrossmeysterin tanınmış idmançılar olduğunu bildirib:

"Rauf Məmmədov 2700 əmsalını keçən, çox yüksək səviyyəli şahmatçıdır. Amma nəzərə almaq lazımdır ki, həlledici raundda rəqibi Şəhriyar Məmmədyarovdur. O, ölkə tarixində ən yüksək reytinqi olan təmsilçimizdir. Şəhriyarın 2820 əmsala çatdığı vaxt da olub. Şəhriyarın qarşısında duruş gətirmək Rauf üçün çox çətin olacaq. Amma hər şeyi oyun göstərəcək. 2017-ci ildə yığmamızın üçüncü dəfə Avropa çempionu olmasında Raufun və Şəhriyarın rolu böyük idi".

F.Abbasov R.Məmmədovun yarımfinalda Teymur Rəcəbova qalib gəlməsi barədə fikirlərini bölüşüb:

"Dünən yarışda sensasiya, sürpriz oldu. Teymur Rəcəbov tam qalib gəldiyi anda birdən-birə "vəzir"i zərbə altına qoydu və uduzdu. Teymur son dönəmlərdə çox da oynamırdı. Rauf isə daim turnirlərə qatılır. Təbii ki, 55 faizin 45 faizə nisbətində favorit Teymur idi. Armageddonda üstünlük onda oldu. Hər kəs 1-2 gedişdən sonra Raufun təslim olacağını gözləyirdi. Amma rəqibi "vəzir"i zərbə altında buraxdığı üçün uduzdu".

Şahmatçı qadınların turnirində fantastik nəticələrin qeydə alındığını vurğulayıb:

"Çox gözəl mübarizə gedir. Günay Məmmədzadə - Gövhər Beydullayev finalında hər şey ola bilər. Onlar çox güclü rəqiblərinə qalib gəliblər. G.Beydullayeva qadınlar arasında ilk və yeganə Avropa çempionumuz Ülviyyə Fətəliyevanı üstələdi. Günay isə çətin mübarizədə Gülnar Məmmədovanı məğlub etdi. Qadınların mübarizəsi kişilərə nisbətən daha həyəcanlı keçir".

1/8 finalda Şəhriyar Məmmədyarova uduzan Fərid Abbasov turnirin yüksək səviyyədə təşkil olunduğunu deyib:

"Azərbaycan çempionatı təşkilatçılıq, mükafat fondu, şahmatçıların ortaq əmsalları və başqa məsələlər baxımından əvvəlki analoji yarışlardan fərqlənir. Qadınlarda və kişilərdə yığmanın bütün üzvləri burada idi. Ölkə xaricindən gələn idmançılarımız da oldu. İndiyədək belə şey olmamışdı. Qədir Hüseynovdan başqa hamı turnirə qatıldı. Yığmamızın yeni üzvlərini də gördük, çox gözəl mübarizə apardılar".

Qeyd edək ki, Azərbaycan çempionarında final mərhələsinə bu gün start verilir.

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub