Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.

12:56

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.

09:12

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/32 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.

Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub