Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının (AŞ) Ümumdünya Antidopinq Agentliyi (ÜADA) ilə birgə keçirdiyi Antidopinq Konvensiyasına uyğunluğun monitorinq edilməsi üçün təyin olunan qiymətləndirmə heyətində təmsil olunub.

AMADA-dan “Report”a verilən məlumata görə, yerli qanunvericiliyin və fəaliyyətin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində 22-24 noyabr tarixlərində Portuqaliyada monitorinq həyata keçirilib.

Qiymətləndirmə heyətində Azərbaycan nümayəndəsi, AMADA-nın direktoru Şəfəq Hüseynli ilə yanaşı Avropa Şurası katibliyinin, ÜADA-nın, habelə Kipr, Fransa, Polşa və Belçika dövlətlərinin nümayəndələri təmsil olunublar.

Heyət səfər çərçivəsində bu ölkənin gənclər və idman, ədliyyə polisi, gömrük sahəsindən məsul dövlət qurumları, milli antidopinq təşkilatı, İdman arbitraj məhkəməsi və intizam qurumunda, habelə Olimpiya və Paralimpiya komitələrində, milli idman federasiyalarında görüşlər keçiriblər.

İkitərəfli görüşlərdə bu ölkənin qanunvericiliyi, milli antidopinq qurumunun strukturu və fəaliyyəti, dövlət qurumlarının, idman təşkilatlarının fəaliyyəti, dopinqin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumatlar alınıb və müzakirələr aparılıb.

Məqsəd bu parametrlər üzrə Portuqaliyanın antidopinq sahəsində qanunvericiliyinin və antidopinq fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu yoxlamaq olub. Qiymətləndirmənin nəticəsi olaraq hesabat hazırlanaraq Avropa Şurasına təqdim ediləcək.

Xatırladaq ki, Şəfəq Hüseynli daha əvvəl Niderlandın Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu qiymətləndirən heyətə rəhbərlik edib, habelə Kiprdə analoji missiyada təmsil olunub.

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib