“Fənər”dən səfər qələbəsi: ÜÇÜNCÜ PİLLƏYƏ YÜKSƏLDİ
Türkiyə Super Liqasında III tur davam edir.
QELEBE.AZ xəbər verir ki, növbəti oyun günündə “Fənərbaxça” meydana çıxıb.
Komanda “Samsunspor”un qonağı olub. Hesab erkən açılıb. Vedat Muriç 3-cü dəqiqədə fərqlənib.
“Sarı-lacivərdlilər” ikinci hissədə daha bir qol vurub. Oğuz Aydın oyunda yekun nəticəni müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib.

https://qelebe.az//uploads/photo/fenerden-sefer-qelebesi-uchuncu-pilleye-yukseldi.webp