Azərbaycan millilərinin baş məşqçisi: “Avropa çempionatında xatirə medalı idmançısı finala yüksələn yığmaların çalışdırıcılarına verildi"

Azərbaycan millilərinin baş məşqçisi: “Avropa çempionatında xatirə medalı idmançısı finala yüksələn yığmaların çalışdırıcılarına verildi"

Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət millilərinin baş məşqçisi Anar Allahverdiyev Polşanın Byelsko-Byala şəhərində keçirilən 52-ci Avropa çempionatında ona təqdim edilən xatirə medalı ilə bağlı fikirlərini bildirərkən deyib.

O, bu mükafatın bir neçə komandanın nümayəndəsinə təqdim edildiyini vurğulayıb:

“Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi. Bu hədiyyəni təxminən 15-16 ölkənin təmsilçisinə təqdim etdilər. Yarışda ümumilikdə 48 ölkə iştirak edirdi”.

Mütəxəssis millinin Avropa çempionatında göstərdiyi nəticələri qənaətbəxş hesab edib:

“İndiki duruma nəzər salsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Əvvəllər sponsor var idi, idmançılar müxtəlif yarışlara, beynəlxalq turnirlərə gedirdilər. Ona görə də praktika cəhətdən çətinlik yaşamırdılar. Məsələn, ötən il 1 qızıl, 4 bürünc qazanmışdıq. Yüksək nəticələrimiz olub. Həmçinin ötən il 9 ölkə arasında medal sayına görə yeddinci olmuşduq. Ancaq bu dəfə 22-ci yeri tutduq. Bütün idmançılarımızda praktika çatışmazlığı var idi. Ona görə də bir çox hallarda hesabda irəli olduqları döyüşlərdə uduzdular”.

Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb