Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

"Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir".

"Report"un məlumatına görə, bunu “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov turnirin mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, Həşimovun təkcə Azərbaycan deyil, dünya şahmat tarixində özünəməxsus yeri var: "Bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar".

Abdusattorovun sözlərinə görə, Azərbaycana gələndə superturnirin qalibi olacağına inanmayıb: "Çünki memorialda ən güclü şahmatçılar mübarizə aparırdı. Mükafatçılar sırasında yer almağı çox arzulayırdım. Sevinirəm ki, bunu bacardım".

Azərbaycana ilk dəfə səfər etdiyini deyən qrosmeyster Bakı ilə tanış olmadığını, ancaq yarışa kökləndiyini vurğulayıb: "Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu".

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib