Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.

Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən kollektiv fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.

17:03

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası finala yüksəlib.

"QELEBE.AZ" xəbər verir ki, ilk qarşılaşmada rəqib meydan sahibləri olub. 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi 1/4 finalda Kanadanı da üstələməyi bacarıb - 4:2.

Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.

Həlledici qarşılaşmada rəqib Fransa olacaq. Azərbaycan yığması görüşə itki ilə çıxacaq. Komanda üzvü Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyi üçün tatamini xərəklə tərk edib.

Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov və Şahin Oruczadə (60 kq), Camal Bağışov və Əli Hacızadə (81 kq), həmçinin Ramazan Əhmədov (+81 kq) gücünü sınayır.

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb