"Bavariya"nın qapıçısı ağır xəstəliyə tutulub

"Bavariya"nın qapıçısı ağır xəstəliyə tutulub

Almaniyanın “Bavariya” klubunun qadınlardan ibarət komandasının qapıçısı Mariya Luiza Qroxs ağır xəstəliyə tutulub.

“QELEBE.AZ” “Miasanrot”a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı qapıçı yayımladığı videoda etiraf edib.

Qolkiper ona bədxassəli şiş diaqnozu qoyulduğunu bildirib:

"Xəstəlik gözləmədiyim bir çağırışdır. Amma buradakı hər kəsin köməyi ilə bunu dəf edəcəyimə və tam sağalacağıma əminəm. Münhendəki həkimlərin nəzarəti altında, ən yaxşı şəraitdə müalicə alıram. Komandamın və klubun dəstəyinə tam güvənə bilərəm".

Münhen təmsilçisi jest edərək onunla mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha bir il uzadıb. Klub prezidenti Herbert Hayner qapıçıya dəstək verəcəklərini və sağalması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.

Qeyd edək ki, Mariya Kuiza Qroxs 2019-cu ildə “Bohum”dan “Bavariya”ya transfer olunub. Əvvəlcə ehtiyat heyət üçün nəzərdə tutulan qapıçı 2022-ci ildə əsas komandaya dəvət alıb və indiyə qədər 81 oyun keçirib. Komandası ilə üç dəfə Almaniya çempionu olan qolkiper 2024-cü ildə ölkə superkubokunun da qalibi olub. O, “Bavariya”nın heyətində 2023/2024 mövsümündə meydana çıxdığı 22 matçda cəmi 8 qol buraxıb, 16 oyunda qapısını toxunulmaz saxlayıb.

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

Futbol
Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb