“Araz-Naxçıvan”ın müvəqqəti baş məşqçisi: Komandada heç bir dəyişiklik olmayacaq

“Araz-Naxçıvan”ın müvəqqəti baş məşqçisi: Komandada heç bir dəyişiklik olmayacaq

Komandada heç bir dəyişiklik olmayacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun müvəqqəti baş məşqçisi təyin olunan Predraq Rayiç deyib.

Serbiyalı mütəxəssis UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki son oyunda məğlubiyyətin əsas səbəbinin səhv taktika olduğunu bildirib:

“Komandada ab-hava yaxşı idi. Baş məşqçinin düzgün seçmədiyi taktika səbəbindən UEFA Çempionlar Liqasındakı son oyunda məğlub olduq. Halbuki bizə heç-heçə də sərf edirdi. Bundan maksimum dərəcədə dərs çıxarıb yeni taktika ilə oyun üslubunu yaradacağıq. Komandada heç bir dəyişiklik olmayacaq. Dekabrda yeni futzalçılar cəlb edə bilərik”.

O, qarşıya qoyulan hədəflərdən danışıb:

“Hazırda qarşıya qoyulan əsas hədəf Azərbaycan çempionatının qalibi olmaq və növbəti il komandanı Çempionlar Liqasına daha yaxşı hazırlamaqdır. Ölkə çempionatında əsas rəqiblərimiz “Neftçi” və “Baku Fire” komandaları olacaq. “Araz-Naxçıvan”dan ayrılan Amadeu Fernandes hazırda “Baku Fire”nin heyətindədir. “Neftçi” daha da güclənib. Keçmiş oyunçularımız Xətai Bağırovla İsa Atayev “Neftçi” komandasındadır. Əsasən onlarla mübarizə aparmalı olacağıq”.

Qeyd edək ki, P.Rayiç ötən gün “Araz-Naçxıvan”ın baş məşqçi postundan ayrılan Vitali Borisovun yerinə müvəqqəti təyin olunub.

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Mbappe Messinin rekordunu qırıb

Mbappe Messinin rekordunu qırıb

Futbol
Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq