Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

"Qorxaq yox, ehtiyatlı futbol oynayacayıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Kəpəz"də baş məşqçisi səlahiyyətlərini icra edən Xaliq Mərdanov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının V tur oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis rəqibin həddindən artıq güclü olduğunu bildirib: "Digər klublardan fərqli futbol oynayırlar və Avropa futbolu nümayiş etdirirlər. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq".

Mərdanov görüşə itkilərlə çıxacaqlarını xatırladıb: "Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcək. Qarşılaşmaya hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

Futbol
"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
"Frayburq" "Qarabağ"la oyundan öncə qələbə qazanaraq liderliyə yüksəlib

"Frayburq" "Qarabağ"la oyundan öncə qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib