Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

"Mənim bir şəxsi fikrim var: Axır vaxtlar "Qarabağ"ın oyununda hücumçuların hər birinin qol vurmaq istəyini hiss edir, görürəm".

Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan klubunun UEFA Avropa Liqasındakı şansları barədə danışarkən deyib.

MOK rəsmisinin sözlərinə görə, Ağdam komandasının ön xətt oyunçuları əlverişli vəziyyətlərdə topu bir-biriləri ilə bölüşmürlər: "Onların hər birində qol vurmaq həvəsi var. Bu, yaxşı haldır, amma futbol kollektiv oyundur".

Vitse-prezident əsas problem kimi istənilən sayda transferlərin edilməməsinə də diqqət çəkib: "Əsas problem nədədir? Əlbəttə, baş məşqçi Qurban Qurbanov dediyi kimi, yeni transferlər istəyirdi, amma baş tutmadı".

Bununla belə, Ç.Hüseynzadə "Qarabağ"a inandığını vurğulayıb: "Mənə elə gəlir ki, "Qarabağ"ın bu dəfə Avropa Liqasının qrupundan çıxmaq imkanları var. Ümidvaram ki, bütün bu məsələlərə baxmayaraq, komandamız yaxşı çıxış edəcək. Mən "Qarabağ"a inanıram".

Qeyd edək ki, "Qarabağ" İbrahima Vadjini Fransa "Sent-Etyen"inə satdıqdan sonra yeni hücumçu almayıb. Baş məşqçi Qurban Qurbanov avrokuboklarda mövcud heyətlə mübarizə aparacaqlarını bildirib.

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
Qurban Qurbanov: "Vacib qələbə əldə etdik"

Qurban Qurbanov: "Vacib qələbə əldə etdik"

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

Futbol
Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib