Mourinyo: “Mən ondan razıyam”
“Real”ın baş məşqçisi Joze Mourinyo bu mövsüm Vinisius Juniorun çıxışından razı olduğunu bildirib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı vingerin daha yaxşı formasına çatması üçün qol vurmasının vacib olduğunu söyləyib:
“Ən yaxşı versiyası qol vurduğu vaxtdır. Əlbəttə, məhsuldar ötürmələr və komanda üçün görülən iş də çox vacibdir. Fədakarlıq, birlik və kollektiv səylər böyük rol oynayır.
Gündəlik iş də az əhəmiyyət daşımır və bunun öhdəsindən əla gəlir. Amma başqa bir Vinisius da var. Ötən mövsüm Lissabonda, xüsusilə pley-offun iki gərgin oyununda gördüyümüz Vinisius. Bir şans əldə edir, qol vurur və məsələni həll edir.
Hazırda onda çatışmayan məhz bu yüksək səviyyəli oyundur. Amma mən ondan razıyam”
Qeyd edək ki, Vinisius cari mövsümdə 6 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/mourinyo-men-ondan-raziyam.webp