UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Avrokuboklarda ilk tur qarşılaşmaları nəticəsində UEFA reytinqində bəzi dəyişikliklər baş verib.

"Report"un məlumatına görə, cədvəlin ön hissəsində Belçika xalını 31,800-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. 10-cu pilləyə enən Avstriya da eyni xala malikdir.

"Qarabağ" iki oyundur uduzsa da, Azərbaycanın 14,625 xalla 29-cu pillədəki mövqeyi dəyişməz qalıb. Əvəzində Mahir Emrelinin yer aldığı "Dinamo" (Zaqreb) komandası Çempionlar Liqasında "Çelsi" üzərində 1:0 hesablı qələbə sayəsində Xorvatiyanın 25,150 xalla 17-ci pilləyə yüksəlməsinin səbəbkarı olub.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un Fransada "Nant"a 1:2 hesabı ilə uduzması səbəbindən, Yunanıstan 24,725 xalla 18-ci pilləyə enib.

Digər tərəfdən, xalını 23,700-ə çatdıran Türkiyə 23,250 xala malik İsraili üstələyərək, 20-ci pilləyə yüksəlib.

Qardaş ölkə təmsilçisi "Trabzonspor"u 3:2 hesabı ilə yenən "Ferentsvaroş" Macarıstanın 18,125 xalla 25-ci mövqeyə irəliləməsinə səbəb olub. Rumıniya isə avrokuboklarda iki təmsilçisinin olmasına baxmayaraq, 18,000 xalla 26-cı yerə geriləyib.

Daha aşağı pillələrdə də dəyişikliklər gerçəkləşib. İrlandiya 10,125 xalla 35-ci, Lixtenşteyn 10,000 xalla 36-cı mövqeyə irəliləyibsə, 10,000 xala malik Finlandiya, 9,875 xalı olan Belarus, eləcə də 9,750 xalla kifayətlənən Bosniya və Herseqovina sonrakı 3 pilləyə geriləyib.

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib