"Beşiktaş"ın matçı italiyalılara həvalə olunub
UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsində “Beşiktaş” və “Marsel” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, İstanbulda baş tutacaq qarşılaşmanı İtaliya Futbol Federasiyasından Andrea Kolombo idarə edəcək.
Ona həmyerliləri Davide İmperiale və Cüzeppe Perotti kömək edəcəklər. Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Maykl Fabbri, AVAR isə Valerio Marini olacaq.
Qeyd edək ki, komandalar arasında qarşılaşma sentyabrın 17-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/quotbeshiktashquotin-matchi-italiyalilara-hevale-olunub.webp