Çempionlar Liqası: 2 oyunda 10 qol vurulub

Çempionlar Liqası: 2 oyunda 10 qol vurulub

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

“QELEBE.AZ”un məlumatına görə, ilk gündə iki oyun keçirilib.

Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə son çempionun dueli dramatik alınıb. Start fitindən cəmi 2 dəqiqə sonra qonaqlar hesabı açıblar. Çox keçmədən “kral klubu” üç dəqiqə ərzində iki dəfə fərqlənərək, vəziyyəti lehinə dəyişib. Lakin ikinci hissədə “şəhərlilər” analoji addımla yadda qalıblar.

İngiltərə klubu 6 dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət edərək, yenidən önə keçib. “Qol yağışı” bununla da bitməyib. “Real” 79-cu dəqiqədə məğlubiyyətdən qurtulmağı bacarıb – 3:3.

Digər qarşılaşma Londonda baş tutub. “Arsenal” “doğma divarlar” arasında “Bavariya”nı qəbul edib. Bu görüş də məhsuldar alınıb və bənzər ssenari yaşanıb. Komandalar hərəyə bir dəfə önə keçsələr də, sonda bərabərliklə kifayətləniblər – 2:2.

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:3
Qollar:
Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71.
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:2
Qollar:
Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.).
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

Futbol
UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyunda iştirak etmək istəyirəm"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyunda iştirak etmək istəyirəm"

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub