"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Oyuna çox yaxşı başladıq. Təzyiq yaratmağa çalışdıq. Amma ən yaxşı epizodlardan yararlana bilmədik. Beləliklə, oyunumuzu çətinləşdirdik. Topu ayağımızda çox saxlayırdıq. Oyuna keyfiyyətimizi əlavə edə bilmirdik. Nəticədə matçı rəqib üçün rahatlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Bakcell Arena"da "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, çempionluq uğrunda sonadək mübarizə aparacaqlar: "Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik".

Rumıniyalı baş məşqçi adının ölkəsinin "Styaua" klubu ilə hallanmasına da toxunub: "Bu, əslində normal haldır. Xəbəri yazanlar jurnalistlərdir. Nə istəyirlər, onu da yazırlar. Amma məndə bu barədə məlumat yoxdur. Hazırda "Neftçi"dəki işimə köklənmişəm. Adım çox yerdə hallanır. Lakin "Neftçi" ilə müqaviləm var".

Regekampfın sözlərinə görə, oyuna hazırlıq dövründə 5-li müdafiəyə qarşı necə oynamalı olduqlarını məşq ediblər: "Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışında idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. Matçın sonunda rəqibin 100 faizlik şansı oldu".

Mütəxəssis deyib ki, müdafiə olunmaq hücumu qurmaqdan daha asandır: "Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xətdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq".

Regekampf heyət barədə hər gün rəhbərliklə danışdığını söyləyib: "Hazırda güclü komanda yaratmaq üçün proses gedir. Bilirik ki, bunu bir günə edə bilmərik. Futbolçulara baxırıq. Bizə yerli oyunçular da lazımdır. Bəzi yerli futbolçuları zədə səbəbindən itirmişik. Eddi İsrafilov 3-4 həftədən sonra komandaya qoşulacaq. Azər Salahlının durumu bəlli deyil. Bu oyunçuları əvəzləmək asan deyil. Gördüyünüz kimi, bu gün İsmayıl Zülfüqarlını sol cinahda oynatdım. Azər Əliyevin də ağrıları var idi. Bu halla hər bir komanda üzləşə bilər. Şikayətlənmək istəmirəm. Əlimdəkilərlə kifayətlənməyə çalışıram. Amma bilirik ki, güclü komanda qurmalıyıq".

O, Qodsvey Donyonun çıxışına da toxunub: "Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. Ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq".

Baş məşqçi Solomon Kvirkveliyanın meydanı narazı halda tərk etməsinə də münasibət bildirib: "Son 10 dəqiqədə müdafiəçini hücumçu ilə əvəzləməliydik. Bu cür dəyişiklik normaldır. Kvirkveliyanın narazı qalması üçün əsas yoxdur. Oynamaq üçün öz üzərində çalışmalıdır".

Regekampf Emin Mahmudova istirahət verməyin mümkünsüz olduğunu vurğulayıb: "Millinin və "Neftçi"nin kapitanıdır. Peşəkar futbolçudur. Bu yarışı mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. Çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. Üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi futbolçudan "Neftçi"də çox deyil. O da fəxr etməlidir ki, hər gün oynayır. Mahmudov hər oyunda meydanda ən çox qaçan futbolçudur. Düzdür, Emin robot deyil, yorula bilər".

Mütəxəssis Yeqor Boqomolskinin rəqabətə tam hazır olduğunu qeyd edib: "Hər şey özündən asılıdır. Şans veriləndə qol vurmağa, fərqli nəsə etməyə çalışmalıdır. Onun üçün rəqabət aparmaq elə də asan deyil. Qarşıda kifayət qədər vaxt var. Yenə də baxacağıq. Gənc oyunçudur, inkişaf etməlidir. Çox məqamlar var ki, onları öyrənməlidir".

Futbol
2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
Modriç və Holan Çempionlar Liqasının ilk turundan sonra tarixə düşüb

Modriç və Holan Çempionlar Liqasının ilk turundan sonra tarixə düşüb