AFFA-nın baş katibi: "Abırlı və abırsız məğlubiyyət qəbuledilməzdir" - MÜSAHİBƏ

AFFA-nın baş katibi: "Abırlı və abırsız məğlubiyyət qəbuledilməzdir" - MÜSAHİBƏ

AFFA-nın baş katibi Sərxan Hacıyev Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyunundan əvvəl Brüsselə ezam olunmuş jurnalistlərə müsahibə verib.

Milli assosiasiya rəsmisi "Report"un əməkdaşının da suallarını cavablandırıb:

- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir?

- Rəqibin gücündən, adından asılı olmayaraq hər matça qələbə əzmi ilə çıxmalıyıq. Düşünürəm ki, İsveçə qarşı inamlı qələbədən sonra komandamız sabah yaxşı və tutarlı futbol sərgiləyəcək. Ümid edirəm ki, oyunları və sonra əldə edilən nəticə ilə bizi sevindirəcəklər. İsveçlə qarşılaşmada inamlı oyun göstərdik və qələbə qazandıq. Lakin bu, artıq keçmişdə qalıb. Komanda bunu unutmalı və növbəti matça köklənməlidir. Ümid edirik ki, qarşı görüşdə də yaxşı nəticə əldə edəcəyik.

- Bəhlul Mustafazadə və Ramil Şeydayev cəza səbəbindən meydana çıxmayacaq. Onların olmaması komandaya necə təsir edə bilər?

- Hər iki oyunçu əsas futbolçularımızdan hesab edilir. Lakin onları əvəz edəcək yığma üzvləri əllərindən gələni edəcəklər.

- Seçmə mərhələ başa çatır. Nəticə sizi qane edirmi?

- Ümumi olaraq sonda qazanılan nəticə çox vacibdir. Bu, əsas amillərdən biridir. Nəticə dedikdə, ilk növbədə ağıla 1 və 2-ci yer gəlir. Amma hər qrupda reallıqları da nəzərə almaq lazımdır. İsveç, Belçika və Avstriya daha güclü kollektivlərdir. Belə millilərə qarşı oynamaq elə də asan deyil. Komandanın göstərdiyi müsbət dinamika da nəzərə alınmalıdır.

- Sabahkı qarşılaşma Canni De Byazinin yığmadakı taleyinə təsir edəcəkmi?

- Bu barədə hazırda bir söz demək çətindir. Məndən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev fikir bildirib. Düşünürəm ki, oyunun sonunu və İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdır. Baş məqşçi ilə müqavilə bitmək üzrədir. Seçmə mərhələdən sonra yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası olacaq. Orada hesabat dinləniləcək və qərar veriləcək.

- Qazaxıstan sonuncu turda Sloveniyanı məğlub etsə, final mərhələsinə vəsiqə uğrunda pley-off oynayacağıq. Bu da onun sözləşməsinə təsir edə bilər...

- Hazırda bunu istisna etmək olmaz. Çünki Qazaxıstan vəsiqə qazansa, bizim komanda pley-offa adlayacaq. Seçmə mərhələdən əvvəl bu, real deyildi. Amma artıq bir qələbə hər şeyi həll edəcək. Qazaxıstanın uğurlu oyun dinamikasına baxanda deyə bilərəm ki, hər şey ola bilər. Pley-off şansı yaransa, bu, ölkə futbolu üçün tarixi hadisə olacaq.

- Belçika ilə görüşdə heç-heçə və ya abırlı hesabla məğlubiyyət sizi razı sala bilərmi?

- Birmənalı şəkildə deyə bilərəm ki, abırlı və ya abırsız məğlubiyyət qəbuledilməzdir.

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb