FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

Uruqvay millisinin üzvləri Edinson Kavani və Xose Mariya Ximenes futboldan 6 ay müddətinə kənarlaşdırıla bilərlər.

"QELEBE.AZ"un "RMC Sport"a istinadən məlumatına görə, buna səbəb sözügedən futbolçuların Qətərdə keçirilən dünya çempionatında Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri H qrupunun III tur oyununda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışa yol vermələridir.

FIFA məsələyə aydınlıq gətirməsi üçün Uruqvay Futbol Federasiyasına yanvarın 9-dək vaxt verib. Ali futbol qurumunun İntizam Komitəsi yekun qərarını 2023-cü ilin fevralından tez açıqlamayacaq. Mümkün diskvalifikasiya qərarının oyunçuların milli komanda ilə yanaşı, klublarındakı çıxışlarına da şamil olunacağı gözlənilir.

Kavani hazırda İspaniyanın "Valensiya", Ximenes isə "Atletiko" (Madrid) komandasında çıxış edir.

Qeyd edək ki, Daniel Zibertin bəzi qərarlarından narazı qalan futbolçular final fitindən sonra almaniyalı referinin üzərinə hücum çəkiblər. Mühafizəçilər onları çətinliklə sakitləşdiriblər.

Futbol
Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

Futbol
Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub