Azərbaycan millisinin futzalçısı: “Rumıniyadakı zal istənilən səviyyədə deyil”

Azərbaycan millisinin futzalçısı: “Rumıniyadakı zal istənilən səviyyədə deyil”

“Rumıniyadakı zal istənilən səviyyədə deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Amadeu DÇ-2024-ün elit mərhələsində Rumıniya ilə keçiriləcək səfər oyunu ərəfəsində Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyaəsilli müdafiəçi görüşün baş tutacağı məkanda keçirdikləri ilk məşqdə müəyyən çətinliklərlə üzləşdiklərini söyləyib: “Yol yorğunluğuna baxmayaraq, Rumıniyadakı ilk məşqimiz normal alındı. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Ancaq bizdən əvvəl həndbolçular məşq etdiyi üçün zalda örtük yapışqan idi. Ümid edirəm ki, növbəti məşqə qədər təmizləyərlər”.

Amadeu ilk turda qalibiyyətin böyük önəm kəsb etdiyini bildirib: “Hər kəs qələbə haqqında düşünür. Uğurlu başlanğıc növbəti oyunlarda daha yaxşı nəticə qazanmağımız üçün vacibdir. Daha bir məşqimiz olacaq. Bütün gücümüzü səfərbər edərək, bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Çünki Rumıniya ilə matçdan sonra Bakıda Niderlandla görüşəcəyik. Həmin oyuna qalib əhvalda çıxmaq lazımdır”.

O, Rumıniyanın güclü heyətə malik olduğunu düşünür: “Onların 2 oyunlarına baxmışam. Heyətlərində Braziliyaəsilli 4 futzalçı var. Çox çətin qarşılaşma olacaq. Şansları qaçırmaq olmaz. Elə matçdır ki, həmin gün kim yaxşı köklənsə, imkanları düzgün dəyərləndirsə, qələbə qazanacaq”.

Amadeu qrupdakı şansları barədə də fikirlərini bölüşüb: “Rumıniya güclü rəqiblərdəndir. Niderland isə hər matçda sürpriz edəcək gücdədir. Son illər inkişafdadır, heyətlərində fərdi qabiliyyətinə görə seçilən oyunçular var. Təkbətək mübarizələrdə güclüdürlər. Qazaxıstan yığması haqqında isə ətraflı danışmağa dəyməz. Onlar son illər böyük yarışların final mərhələsində oynamağa adət ediblər. Qrup birincisi olmaq baxımından komandamızın şansı 50/50-yədir”.

Qeyd edək ki, sentyabrın 15-də Buzau şəhərindəki “Romeo lamandi” zalında keçiriləcək Rumıniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"