Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

"Şənbə günü Azərbaycanla oyunda isti rəqs olacaq".

"QELEBE.AZ"un məlumatına görə, bunu Avstriya Voleybol Federasiyasının idman direktoru Qotfrid Rat-Soberniq ORF-yə müsahibəsində deyib.

O, sentyabrın 10-da Azərbaycanın qadın voleybol millisi ilə seçmə oyunun Avropa çempionatına vəsiqə baxımından həlledici olacağını bildirib: "Azərbaycan bu dəfə fərqli nömrə altında oynayacaq".

Sentyabrın 6-da Gürcüstan millisinə 3:0 hesabı ilə qalib gələn Avstriya millisinin baş məşqçisi Roland Şvab da Azərbaycanla görüşün vacibliyindən danışıb: "Gürcüstana qarşı əla çıxış etdik. Düzü, rəqib yaxşı formasında deyildi. Ancaq digər tərəfdən, biz ilk dəqiqədən sonadək həqiqətən yaxşı oyun göstərdik. Bu impulsu özümüzlə şənbə günkü oyuna da saxlamalıyıq. Ümid edirəm ki, həmin gün zal dolu olacaq".

Komandanın liberosu Tamina Huber bütün diqqətlərini Azərbaycanla oyuna cəmlədiklərini qeyd edib: "Biz Gürcüstanla matçda öz işimizi gördük və 3 xal qazandıq. Avropa çempionatında iştirak şansının hələ də qalması bizi çox sevindirir. Tam diqqətimizi şənbə günü keçiriləcək oyuna cəmləmişik. Çünki hər şey həmin oyundan asılı olacaq".

Hücumçu Monika Krtianska Azərbaycanla oyunda azarkeşlərdən çoxlu dəstək görəcəklərinə inandığını bildirib: "Biz Gürcüstanla oyuna yaxşı nəzarət etdik və yaxşı təzyiq göstərdik. Ona görə də gürcülər dəqiq ola bilmədilər. İndi biz bütünlüklə şənbə gününün hazırlıqlarına fikrimizi cəmləmişik. Bu seçmə mərhələdə əvvəlki oyunlarda olduğu kimi, Şvexat şəhərində yenidən dolu zal görmək istəyirik. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanacağıq".

Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu sentyabrın 10-u Bakı vaxtı ilə saat 22:20-də başlayacaq. Görüş Şvexat şəhərindəki "Multiversum" zalında keçiriləcək. Azərbaycan millisinə Avropa çempionatına qrup ikincisi kimi vəsiqə qazanması üçün qələbə və ya 2:3 hesablı məğlubiyyət kifayət edir.

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb