"Neftçi" Qara Qarayevlə müqavilə imzalayıb

"Neftçi" Qara Qarayevlə müqavilə imzalayıb

“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl yığmanın digər üzvləri – qapıçı Emil Balayevi, Xorvatiyaəsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.

17:50

“Neftçi” Azərbaycan millisinin futbolçusu Qara Qarayevin keçidini maraqlı video ilə açıqlayıb.

“QELEBE.AZ” xəbər verir ki, Bakı klubu sosial şəbəkə səhifələrindəki paylaşımı ilə bu transferə işarə vurub.

Paylaşılan videoda məşhur bəstəkar Qara Qarayevin “7 gözəl” musiqisi fonunda “Neftçi”nin yarandığı 1937-ci il əks olunub.

Azərbaycan millisinin futbolçusu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 2008-ci ildən əsas komandada çıxış edib.

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib