Azərbaycan millisinin taekvondoçusu: "Bakıdakı dünya çempionatında təzyiq çox olacaq"

Azərbaycan millisinin taekvondoçusu: "Bakıdakı dünya çempionatında təzyiq çox olacaq"

Mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə dünya çempionatı keçiriləcək.

145 ölkədən 933 idmançının mübarizə aparacağı yarışda Azərbaycan millisinin 8 kişi, 5 qadın taekvondoçusu qüvvəsini sınayacaq.

"Report"un suallarını cavablandıran Azərbaycan yığmasının üzvü Əliəskər Əliyev (80 kq) dünya çempionatına hazırlıqla bağlı danışıb, həm də şanslardan söz açıb.

- Üç gündən sonra dünya çempionatı start götürəcək. Komanda mundiala tam hazırdır?
- Bu yarışın hazırlığına yanvardan başlamışıq, hər şey qaydasındadır. Müxtəlif turnirlərdə iştirak etmişik. Zəif nöqtələrimizi bilirik. Bunun da üzərində işləmişik. Düşərgədə hər şey əladır, dünya çempionatının startını gözləyirik. Ümid edirəm ki, xalqımızı medallarla sevindirəcəyik.

- Razısınız ki, turnirin Azərbaycanda keçirilməsi sizin üçün ikiqat motivasiya olacaq?
- Həqiqətən də, görüşlərə tam fərqli motivasiya oluna biləcəyik. Məsuliyyət də çox böyükdür. Azarkeşlər, ailələr, bütün doğmalar bizimlə olacaqlar, dəstəklərini göstərəcəklər. Biz də əvəzində onları sevindirməyə çalışacağıq.

- Təzyiqə necə, hazırsınız?
- Bilirik ki, təzyiq çox olacaq. Ancaq psixoloji cəhətdən buna hazırıq. Çünki kollektivdəki yüksək motivasiya psixoloji gərginliyi üstələyir. İnanırıq ki, hər şey komandamız üçün yaxşı yekunlaşacaq.

- Radik İsayev və Milad Beiqi Harçeqaninin gedişindən sonra gəncləşən millinin perspektivi nə vəd edir?
- Perspektivli gənclərimiz var. Heyətdəki idmançıların, demək olar ki, hamısı gəncdir. Radik və Miladdan çox şey öyrənmişik. Onlardan qazandığımız təcrübədən istifadə edirik.

- Gənclər arasında Avropa çempionu olmaqla yanaşı, həm də dünya üçüncüsüsünüz. Bu dəfə qızıl medalı boynunuzdan asacağınıza inamınız nə qədərdir?
- Əlbəttə ki, dünya çempionatının qızıl medalını kolleksiyama əlavə etmək istəyirəm. Çempion olaraq, doğma Vətəndə himnimizin səslənməsinə çalışacağam. Özümə də güvənirəm. Həm özümə, həm də azarkeşlərə bu sevinci yaşatmaq üçün əlimdən gələni edəcəyəm.

- Dünya çempionatı həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir...
- Bu, özü əlavə motivasiyadır. Dünya çempionatında psixoloji hazırlıq ən üst səviyyədə olmalıdır ki, uğur qazana biləsən. Olimpiadaya lisenziya xalı qazanmaq özü idmançı üçün böyük stimuldur. Burada dünya çempionu olan, demək olar ki, olimpiadaya lisenziyanı təmin edəcək. Mən də bunu reallaşdırmaq niyyətindəyəm.

- Olimpiya çempionluğu sizin üçün necə hiss olar? Heç bunu xəyal edirsiniz?
- Bunu sözlə ifadə etmək mümkün olmaz. Ən böyük xəyalım elə olimpiya çempionluğudur. Azərbaycanın bütün idmançılarına, həmçinin, özümə bu hissi yaşamağı arzu edirəm. Bu, karyeramın ən böyük uğuru olar.

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb