Şəhriyar Məmmədyarov: “Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq”

Şəhriyar Məmmədyarov: “Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq”

“Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq, o da hər zaman bizdən güclü idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O bildirib ki, artıq dünya şahmatında lider yoxdur: “Maqnus Karlsen çox güclü idi və onunla rəqabət aparmaq mümkün deyildi. Bu, bir az da bizim şanssızlığımız idi. Hazırda isə hər bir şahmatçının dünya çempionu olmaq şansı var”.

Bu gün açılışı olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı barədə də fikirlərini bölüşən idmançı qeyd edib ki, Azərbaycanda belə bir turnirin keçirilməsi çoxdan gözlənilirdi: “Ölkəmizdə dəfələrlə yüksək səviyyəli yarışlar keçirilsə də, “açıq” tipli, bütün şahmatçıların iştirak edə biləcəyi turnirin keçirilməsinə ehtiyac var idi. Təəssüf ki, mənim də, Teymurun da (Rəcəbov – red.) bu tipli yarışlarda iştirakımız illik planlarımıza uyğun deyil, amma Azərbaycanda belə bir təşkilatçılıq çox böyük uğurdur. Bildiyiniz kimi, bu il Ulu Öndərimizin 100 illik yubileyi qeyd olunur. Turnir də ona həsr olunub. O, şahmatı çox sevirdi və daim dəstək olurdu”.

Ş.Məmmədyarov Bakıda keçiriləcək Dünya Kuboku haqqında danışarkən bildirib ki, bu yarış onun üçün çox çətin turnirdir: “Sistemi mənim oyun stilimə uyğun gəlmir. Amma düşünürəm ki, bu, tarixin ən güclü turnirlərindən biridir. İki ildən bir keçirilir və olduqca önəmli yarışdır. Dörd il qabaq keçirilmiş Dünya Kubokunda Teymur qalib gəlmişdi. Ümid edirəm ki, biz yenə də bu yarışda uğurlu çıxış edəcəyik. Üstəlik bu yarışın Azərbaycanda keçirilməsi şahmatın ölkəmizdə nə qədər sevildiyini göstərir. İnanıram ki, bu dəfə də yüksək səviyyəli turnirə şahidlik edəcəyik”.

Şahmatçı qeyd edib ki, Dünya Kuboku yarışlarında uğurlu çıxış etməsə də, ölkəmizdə keçirilən turnirlərdə daha yaxşı oynayır: “2015-ci ildə, ilk dəfə Dünya Kuboku Bakıda keçiriləndə 1/4 finala qədər rahat gəlmişdim. Sonradan öndə olduğum vəziyyətdə Sergey Karyakinə uduzdum və o da yekunda çempion oldu. Azərbaycanda keçirilən bütün turnirlərdə uğurlu çıxış etmişəm. Amma Dünya Kuboku başqa bir sistemdir. “Bağlı” yox, “açıq” turnirdir. 200-ə yaxın şahmatçı iştirak edəcək. Belə yarışlarda mən öz istədiyim riskli oyunu göstərə bilmirəm. Bu da lazımi nəticə qazanmağıma mane olur”.

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər