Qurban Qurbanov: “Hər xırda epizodda penalti, cərimə zərbəsi versə...”

Qurban Qurbanov: “Hər xırda epizodda penalti, cərimə zərbəsi versə...”

“Bəzən olub hakimlərə etirazımı bildirmişəm. Hər xırda epizodda penalti, cərimə zərbəsi versə... Onların əlində o qədər qanunlar var ki, nə qədər də desən, doğrunu göstərəcəklər”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi” ilə matçda hakimlərə qarşı aqressiv davranması ilə bağlı suala cavab verərkən deyib.

Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra mətbuat konfransında fikirlərini bölüşən təcrübəli mütəxəssis qeyd edib ki, hakimlər bəsit epizodlarda sarı vərəqələr göstərirlər: “Çox aqressiv deyildim. Soruşurdum, deyirdi ki, təzə qanunlar var. Belə matçlar çətin keçir. Bir az narazılığımı bildirdim”.

Qurban Qurbanov oyunla bağlı fikirlərini də bölüşüb: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Həm sayları, həm səsləri futbolçulara kömək oldu. Oyun da onların istədiyi kimi alındı. Qələbə qazanmağı çox istəyirdik. Nəticəni nəzərə almasaq və oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi. Baxmayaraq ki, “Neftçi” azlıqda qalmışdı, xeyli qol epizodu oldu. Sona kimi məğlub olmaq istəmədi. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə bir matç alındı. Qarşıdakı oyunlara hazırlaşmağa çalışacağıq”.

Futbol
Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb