“Şahdağ Qusar” Premyer Liqa təmsilçisini məğlub etdi

“Şahdağ Qusar” Premyer Liqa təmsilçisini məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Şahdağ Qusar” yoxlama matçında qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Misli Premyer Liqasında çıxış edən “Şəfa” ilə qarşılaşıb.

Görüş Qusar klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Şahdağ Qusar” I Liqada 18 xalla turnir cədvəlinə başçılıq edir. “Şəfa” isə Misli Premyer Liqasında 5 xalla 11-ci pillədə qərarlaşıb.

“Şahdağ Qusar” növbəti rəsmi oyununda “Gəncəbasar”la, “Şəfa” isə “Qəbələ” ilə üz-üzə gələcək.