Məhəmməd Salah Misir millisinin tarixinin bombardiri olub

Məhəmməd Salah Misir millisinin tarixinin bombardiri olub

Misir millisinin futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu yığmanın tarixində ən çox qol vuran futbolçu olub.

Salah bu nailiyyətə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malaviyə qarşı keçirilən oyunda imza atıb. Misirin 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə hücumçu iki dəfə fərqlənib. O, 84-cü və 90+5-ci dəqiqələrdə penaltidən qol vurub.

Bununla da Salahın milli komandada keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə yüksəlib. O, 176 qarşılaşmada 69 dəfə fərqlənən Hüssam Həsəni geridə qoyaraq rekordun yeni sahibi olub.

Qeyd edək ki, Salah 2026-cı ilin yayında Türkiyənin “Trabzonspor” klubuna transfer olunub.