“Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB

“Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.

Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.