Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Azərbaycan U-20 millisi oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-u-20-millisi-moldova-ve-yaponiya-ile-yoldashliq-oyunu-kechirecek.webp