Qelebə.az / Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək

Bu gün, 00:24

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Azərbaycan U-20 millisi oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya ilə qarşılaşacaq.

Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.

Geri qayıt