"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq

"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus"la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Onun sözlərinə görə, Danimarkadakı matçda qeydə alınan nəticə sabah hər iki komanda üçün həyəcan verəcək: “Bir top aradan qaldırılmayacaq fərq deyil. İki komanda da sabahkı oyuna çox ciddi yanaşacaq. Azarkeşlərimizin qarşısında oynayacağıq, onların dəstəyini hiss edəcəyik. İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq. Heyətdə olan hamı oyuna hazırdır. Mərhələni adlamaq üçün sabah hamımız əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

- İlk matçda uzaqdan zərbə ilə iki qol vuran Bogereyə qarşı xüsusi planınız var?

- Rəqib bir oyunçudan ibarət deyil. Onların çox yaxşı futbolçuları var. Avrokuboklarda təcrübəmiz azdır. Səfərdə çox yaxşı çıxış etdik. Rəqibin çılğın azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Danimarkada nəticə bizim üçün daha yaxşı ola bilərdi. Rəqib çox qol fürsəti yaratmasa da, əlinə düşən fürsətləri dəyərləndirməyi bacarır. Əlbəttə ki, Bogereyə nəzarət edəcəyik. Bizim də çox keyfiyyətli komandamız var. İlk matçda etdiyimiz səhvləri düzəltməliyik. Rəqib də oyununu təhlil edib səhvlərini düzəldəcək. Xırda detallları kim yaxşı icra etsə, o da qalib gələcək. Biz ev komandasıyıq. Oyuna yaxşı köklənsək, qalib gələ bilərik.

- Sabah əsas üstünlüyünüzün hava şəraiti olacağını demək olar?

- Hava şəraiti barədə çox danışılır. Düşünürəm ki, bu şişirdilmiş faktordur. Rəqib peşəkar komandadır. Havanın önəmli faktor olmadığını qeyd etmək istəyirəm. Güclü külək hər iki komandaya təsir edə bilər. Yəqin ki, sabah belə hava olmayacaq.

- Komanda hesabı açsa da, sonradan üstünlüyü qoruya bilmir. Bu problemi necə həll etməyi düşünürsüz?

- Hücum xəttində fərqli nəsə hazırlamamışıq. Məni sevindirən məqam odur ki, kifayət qədər qol epizodları yarada bilirik. Məyusluq doğuran məqam imkanların olmaması olardı. Futbolda bəzən top qapıdan keçmir. İnanıram ki, azarkeşlərimizin dəstəyi və yaradacağımız atmosferlə sabah həmin epizodları qola çevirərək mərhələni adlayan tərəf olacağıq.

Futbol
Biləsuvarda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən futbol yarışına yekun vurulub

Biləsuvarda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən futbol yarışına yekun vurulub

Futbol
Onilliyin 11 bombardiri açıqlanıb

Onilliyin 11 bombardiri açıqlanıb

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub