“Neftçi”nin sabiq futbolçusu I Liqa klubunda
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Mirəli Əhmədovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Mirəli Əhmədov karyerası ərzində “Neftçi”, “Sabah”, “Şamaxı” və “Səbail” klublarının formasını geyinib.

https://qelebe.az//uploads/photo/neftchinin-sabiq-futbolchusu-i-liqa-klubunda.webp