UEFA, AFC və CONCACAF Dünya Kubokundakı pay satışı ilə bağlı İnfantinoya sərt reaksiya verib

UEFA, AFC və CONCACAF Dünya Kubokundakı pay satışı ilə bağlı İnfantinoya sərt reaksiya verib

UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA rəhbərliyinə birgə məktub göndərib.

APA xəbər verir ki, məktubda futbolun idarə olunmasında şəffaflıq, etimad və düzgün idarəçilik prinsiplərinə əməl olunmasına çağırış edilib.

Bildirilib ki, son 10 ildə futbolun inkişafı hər hansı bir şəxsin deyil, FIFA, konfederasiyalar, milli assosiasiyalar və minlərlə futbol əməkdaşının birgə səylərinin nəticəsidir. Onlar genişləndirilmiş turnirlərin keçirilməsi, 2030 və 2034-cü illər dünya çempionatlarının ev sahiblərinin müəyyənləşdirilməsi və milli assosiasiyalara ayrılan resursları kollektiv qərarların nəticəsi kimi qiymətləndiriblər.

Məktubda vurğulanıb ki, məsələ maliyyə ilə bağlı deyil. Konfederasiyalar FIFA-nın mövcud böyük maliyyə ehtiyatlarının milli assosiasiyaların inkişafına daha məsuliyyətli şəkildə yönəldilməsini dəstəklədiklərini bildiriblər.

Əsas narazılıq isə FIFA Dünya Kuboku ilə bağlı kommersiya marağının satılması təklifinin hazırlanması və təqdim edilməsi prosesi ilə əlaqələndirilib. UEFA, AFC və CONCACAF hesab edir ki, belə bir təklif milli assosiasiyalarla lazımi məsləhətləşmələr aparılmadan, qısa müddət ərzində və onların sənədləri tam nəzərdən keçirməsinə imkan verməyən vaxt çərçivəsində irəli sürülüb.

“Bu, sadəcə olaraq ünsiyyətdə yol verilmiş səhv deyil, nəzarəti məhdudlaşdırmaq məqsədi daşıyan yanaşmanın nəticəsidir”, – məktubda qeyd olunub.

Konfederasiyalar FIFA-nın hadisələrlə bağlı hesabatı özünün hazırlamasını da tənqid edib. Onların fikrincə, belə ciddi məsələnin araşdırılmasını tam müstəqil üçüncü tərəf aparmalıdır. FIFA administrasiyasının, əməkdaşlarının və ya futbolun digər maraqlı tərəflərinin araşdırmada rol almaması tələb olunur.

Məktubda həmçinin FIFA-nın Mərakeşdə keçirilən rəhbərlik toplantısı ilə bağlı məlumatına diqqət çəkilib. Bildirilib ki, həmin görüşdə yalnız bir seçilmiş vəzifəli şəxs iştirak edib, FIFA Şurasının üzvləri və milli assosiasiyalar toplantıya dəvət olunmayıb.

Konfederasiyalar belə yanaşmanın futbolun idarə olunmasında hesabatlılıq və şəffaflıqla bağlı ciddi suallar doğurduğunu vurğulayıblar.

Məktubun sonunda futbolun gücünün onun birliyində olduğu bildirilib və “futbola xidmət edən, ona hökm etməyə çalışmayan rəhbərlik” çağırışı edilib.

Birgə məktubu AFC prezidenti Salman bin İbrahim Al Xəlifə, CONCACAF prezidenti Viktor Montalyani, UEFA prezidenti Aleksander Çeferin, həmçinin üç konfederasiyanın baş katibləri imzalayıblar.

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol
"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

Futbol
Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"