"Şamaxı"nın baş məşqçisi: "Premyer Liqada qalacağımıza inanıram"

"Şamaxı"nın baş məşqçisi: "Premyer Liqada qalacağımıza inanıram"

"Qara zolaq"dan çıxıb Premyer Liqada qalacağımıza inanıram".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Kəpəz"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Gəncədə oynamağın xüsusiliyi var: "Burada ilk görüşümüz idi. Bilirdik ki, bizə qarşı ciddi hazırlaşıblar. Bu səbəbdən futbolçulara müəyyən tapşırıqlar vermişdik. Qalib gəlib aşağı sıralardan qurtulmaq istəyirdik. Təəssüf ki, alınmadı. Çox çətin duruma düşmüşük. Toparlanmaq lazımdır".

Əsgərlinin sözlərinə görə, son pillələrdə olmaq komandaya psixoloji cəhətdən mənfi təsir edir: "Aşağı sıralarda stresli rəqabət var. Oyuna hazırlaşmaq, köklənmək çox çətin olur. Futbolçular hər matçın əhəmiyyətini daha yaxşı başa düşürlər. Gələcəkdə daha yaxşı "Şamaxı" görmək istəyirik".

O, legionersiz oynamağın çətin olduğunu etiraf edib: "Strategiyamız yerli futbolçuları inkişaf etdirməkdir. Bu, nəticədən də önəmlidir. Amma hazərda elə vəziyyətdəyik ki, nəticə bizim üçün daha vacibdir. Hazırda baxımlı oyun yox, xal və ya xallar qazanmağı düşünürük. Təcrübəli oyunçuların azlığı da çətinlik yaradır. Çünki həm meydançada, həm də kənarda gənclərə dəstək lazımdır. Elvin Məmmədov və Amil Yunanov kimi oyunçular hər matçda 10-15 dəqiqə çıxış etməklə formaya düşəcəklər".

Baş məşqçi gənc futbolçuların lazımi səviyyəyə çatması üçün ən azı 2-3 il vaxt lazım olduğunu söyləyib: "Daim bu təzyiq altında oynamalıdırlar ki, ab-havanı yaşasınlar. Əvvəllər mövqeyimiz meydana rahat çıxmağa imkan verirdi. Amma aşağı sıralarda olduğumuzdan futbolçularda psixoloji gərginlik var. Bir az soyuqqanlı olmaq lazımdır".

Mütəxəssis qapıçı Rəşad Əzizli ilə müdafiəçi Cəlal Hüseynov arasındakı insidentə də toxunub: "Heç kim məğlub olmaq istəmir. Baş verməsəydi, daha yaxşı olardı. Çünki oyunumuza mənfi təsir edə bilərdi. Şükürlər olsun ki, təsirsiz ötüşdü. Bir-birini başa düşüb barışarlar".

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

Futbol
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb