Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

"Zirə" klubunun futbolçusu Ruslan Abışovun "QELEBE.AZ"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının ilk 9 turundakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Çempionata tam istədiyimiz kimi başlamasaq da, artıq hər şey qaydasına düşüb. Məşqlərimiz plan üzrə davam edir.

- Komandada ab-hava necədir? Təcrübəli oyunçu kimi ümumi mənzərəni necə təsvir edirsiniz?

- Komandada əhval-ruhiyyə ən üst səviyyədədir. VII turda "Qarabağ"a 1:7 hesablı məğlubiyyət bizi məyus etsə də, sonradan toparlandıq və nəticələrimizi düzəldə bildik. Burada baş məşqçimizin əməyini də xüsusi qeyd etmək lazımdır.

- Bu mövsüm meydanda görünmürsünüz. Forma şansı əldə etməməyinizi nə ilə əlaqələndirirsiniz?

- Mövsümün əvvəlində zədələndim. Kiçik əməliyyata da ehtiyac oldu. İndi isə hər şey qaydasındadır. İnanıram ki, qarşıdakı oyunlarda ehtiyac yaranacağı təqdirdə komandama kömək edəcəyəm.

- Karyeranız haqqında nə düşünürsünüz? Bu mövsümdən sonra daha bir il oynamaq olar, ya getmək vaxtıdır?

- Yəqin siz də izləmisiniz. "Zirə" - "Şamaxı" matçından sonra baş məşqçi Rəşad Sadıqov mənim barəmdə danışıb. Qeyd edib ki, Ruslan hələ daha 1-2 il oynaya bilər. Əlbəttə, baş məşqçimin bu cür fikri mənim üçün böyük motivasiya oldu. Futbol oynamaq, məşq etmək həyat tərzimdir. Bundan sonrakı karyeramı pul qazanmaq üçün deyil, sevdiyim işlə daha çox məşğul olmaq üçün davam etdirəcəyəm. Futbolu aktiv şəkildə bitirmək istəyərəm. Bu cür vidalaşmaq hər futbolçunun əsas istəyidir.

- Futbolla vidalaşandan sonra hansı hədəfləriniz olacaq? Məşqçilik haqqında düşünürsünüz, ya başqa planlarınız var?

- İnanın ki, bu barədə hələ heç nə fikirləşmirəm. Hər şey ola bilər. Amma məşqçi olmaq mənə çox çətin gəlir. Rəhbərliyin altında olan 25-30 nəfərin eyni anda səndən razı olması, inciməməsi üçün 24 saat diqqətli olmalısan. Bu isə məşqçi işinin nə qədər çətin olduğunu göstərən vacib amildir.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə üz-üzə gələcək. Şansları necə dəyərləndirirsiniz?

- Açığı şanlarımızı elə də yüksək qiymətləndirmirəm. Çünki rəqiblərimiz kifayət qədər güclüdür. Bu qrupdan növbəti mərhələyə adlamaq çox çətin olar. Ona görə də sadəcə yaxşı mübarizə aparmaqla azarkeşləri məmnun etmək mümkündür.

- Bu qrupda ən yaxşı halda neçənci yeri tuta bilərik?

- Ən yaxşı halda Avstriyanı qabaqlayıb 3-cü olmaq olar. Reallıq odur ki, biz əsasən Estoniya ilə sonuncu olmamaq üçün mübarizə aparacağıq.

- Qrupdakı millilərin hamısı ilə daha əvvəl qarşılaşmışıq. Bu oyunların bir çoxunda siz də meydanda olmusunuz. 2011-ci ildə Belçikaya 1:4 hesabı ilə uduzduğumuz oyunda isə fərqlənmişdiniz. Həmin görüşü necə xatırlayırsınız?

- Belçika o vaxt da güclü idi, indi isə daha güclüdür. Onlar qrupun aşkar favoritidir. Demək olar ki, eyni heyətlərini qoruyublar. Bizi bu rəqiblə ağır matçlar gözləyir.

- Bu komanda ilə Bakıdakı oyunda da heç-heçə oynamışdıq. Sizcə, indiki Belçika yığmasına qarşı bunu bacara bilərik?

- Biz Bakıda belçikalılarla heç-heçə oynamağı bacarmışdıq. Çünki o zamam heyətdə Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Vaqif Cavadov kimi futbolçular əla formada idilər. Səfərdə isə müqavimət göstərsək də, məğlub olmuşduq. Qeyri-adi hadisə baş verməsə, Belçikanı məğlub etməyimiz inandırıcı gəlmir (gülür).

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Futbol
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Futbol
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb