Hakim zədələndi - ABŞ - Avstraliya matçında maraqlı anlar

Hakim zədələndi - ABŞ - Avstraliya matçında maraqlı anlar

DÇ-2026-nın D qrupunda keçirilən ABŞ - Avstraliya matçında maraqlı hadisə yaşanıb.

QELEBE.AZ xəbər verir ki, görüşün baş hakimi Feliks Tsvayer 90+4-cü dəqiqədə ayağında yaranan qıcolma səbəbindən yerdə qalıb.

Almaniyalı referiyə meydanda tibbi yardım göstərilib. O, bir müddət sonra ayağa qalxaraq qarşılaşmanı davam etdirib.

Qeyd edək ki, görüş ABŞ yığmasının 2:0 hesablı qələbəsiylə başa çatıb.