"Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL
"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.
QELEBE.AZ xəbər verir ki, klub Emiliano Martinezi rənglərinə bağlamaq üzrədir.
İtaliya mətbuatında yayılan məlumata görə, tərəflər 3 illik müqavilə imzalayıblar.
“Qoca sinyora” “Aston Villa”nın qolkiperini aşağı maaşla oynamağa razı salıb. Lakin Turin təmsilçisi Martinez üçün təzminat ödəmək istəmir.
İngiltərə klubunun qapıçını buraxmağa razı olub-olmayacağı isə bəlli deyil.
Qeyd edək ki, argentinalının “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

https://qelebe.az//uploads/photo/quotyuventusquotla-razilashdi-quotaston-villaquotnin-qerari-belli-deyil.webp