Qelebə.az / "Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL

"Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL

10-06-2026, 12:22

"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

QELEBE.AZ xəbər verir ki, klub Emiliano Martinezi rənglərinə bağlamaq üzrədir.

İtaliya mətbuatında yayılan məlumata görə, tərəflər 3 illik müqavilə imzalayıblar.

“Qoca sinyora” “Aston Villa”nın qolkiperini aşağı maaşla oynamağa razı salıb. Lakin Turin təmsilçisi Martinez üçün təzminat ödəmək istəmir.

İngiltərə klubunun qapıçını buraxmağa razı olub-olmayacağı isə bəlli deyil. 

Qeyd edək ki, argentinalının “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Geri qayıt