Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
Yeniyetmə oğlanlardan ibarət milli komandamızın üzvləri Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesində 5 cüdoçumuz iştirak edib.
Xatırladaq ki, idmançılarımız daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıb. Təmsilçilərimiz yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.

https://qelebe.az//uploads/photo/millimiz-rusiyada-beynelxalq-telim-meshq-toplanishina-qatilib.webp