Qurban Qurbanov: “Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək”

Qurban Qurbanov: “Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək”

“Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı görüş alındığını söyləyib və futbolçularından razılıq bildirib: “Ədalətli nəticə bərabərlik idi”.

Ağdam klubunun baş məşqçisi “Sabah”ın etiraz etdiyi mübahisəli penalti epizodu barədə də fikirlərini bölüşüb: “Həmin epizoda yenidən baxmaq lazımdır. Ən ədalətli insanlar hakimlər olmalıdır. Xahiş edirəm ki, bu anla mənim avrokubokda etdiyim feyr-pley epizodunu müqayisə etməyək”.

Q. Qurbanov UEFA Konfrans Liqasında Belçika klubu “Gent”lə keçiriləcək oyunöncəsi qapı xətti ilə bağlı narahat olmadığını sözlərinə əlavə edib: “Biz “Gent”lə görüşdə meydana Amin Ramazanovla çıxmağa qorxmuruq. Rəqib yaxşı komandadır və güclü liqada mübarizə aparır. Hansı kollektivə qarşı oynasaq da, sonadək mübarizə aparacağıq. Meydana çıxan bütün futbolçulara inanıram. Bu gün qapını Aminə tapşırdıq. Rəqibin oyununa yenidən baxacaq və daha sonra start heyəti ilə bağlı qərar verəcəyik. “Gent”lə matçda istənilən futbolçunun çıxış etmək ehtimalı var”.

O, fevralın 16-da üz-üzə gələcəkləri “Gent”in oyununu canlı izlədiyini söyləyib: “Fərqli sistemdə çıxış edən komandadır. Sürətli oyunçuları var. Bizə xoş olmayan kollektivdir. Amma bu cür klublara qarşı çıxış etmirik. Hansısa rəqibdən çəkinmək istəmirik”.

Baş məşqçi yeni transferlərin hazırlığının hələlik onu qane etmədiyini ifadə edib: “Fiziki durumlarını və oyun təcrübələrini yaxşılaşdırmaq üçün vaxt lazımdır. Tələsmirik, ehtiyatlanırıq. Adama Diakabi “Şamaxı” ilə matçda 30 dəqiqə meydanda oldu və əzələsində ağrılar hiss etdi. Ehtiyatlı olmalıyıq”.

Qurban Qurbanov son vaxtlar adı xarici klublarla hallanan Ramil Şeydayevlə bağlı duruma da aydınlıq gətirib: “Xarici komandalardan təklifin olmasına normal baxıram. O, bombardirlər sırasındadırsa, maraq olacaq. Mayadək müqaviləsi var. Transfer dönəmi bağlanıb, hansısa komandaya getməsi real deyil. Zamanı olanda danışıqlara başlayacağıq”.

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Futbol
Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"