“Sabah” “Gəncə” ilə qarşılaşacaq

“Sabah” “Gəncə” ilə qarşılaşacaq

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun Bakı klubunun 96:67 hesablı üstünlüyü ilə bitib.